Azərbaycan və Şimali Makedoniyanın XİN başçıları əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər
Bakıda martın 12-də Azərbaycan və Şimali Makedoniya xarici işlər nazirləri (XİN) Ceyhun Bayramov və Timço Mutsunski arasında görüş keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə T.Mutsunski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O qeyd edib ki, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı (11 mart) Azərbaycan Prezidenti İlham Əliyevlə məhsuldar söhbət baş tutub.
"İkitərəfli münasibətlərin gücləndirilməsi imkanlarını müzakirə etdik, enerji, təhsil, elm və turizm sahələrində əməkdaşlığı nəzərdən keçirdik. Ticarət əməkdaşlığının və strateji sektorlara investisiyaların əhəmiyyətini vurğuladıq", - paylaşımda bildirilib.
"Sabah həmkarım, xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyəm ki, daha sıx əməkdaşlıq üçün əlavə təşəbbüsləri müzakirə edək", - nazir qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan ilə Meksika əməkdaşlığı möhkəmləndirmək istəyir
Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev bu ölkənin xarici işlər naziri Roberto Velasko Alvaresin akkreditə olunmuş diplomatik korpusla görüşündə iştira...