Azərbaycan və Rusiya XİN başçıları görüşüblər - FOTO - YENİLƏNİB

Azərbaycan və Rusiya XİN başçıları görüşüblər - FOTO - YENİLƏNİB
Foto
Siyasət 128

Azərbaycan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşü barədə məlumat yayıb.

BAKU.WS xəbər verir ki, məlumatda deyilir:

"Düşənbə şəhərində, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü baş tutub.

Nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.

Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.

Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar".

*** 16:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqramda yazıb.

Məlumata görə, görüş Tacikistanın paytaxtı Düşənbədə MDB XİN başçıları Şurası çərçivəsində baş tutub.

Azərbaycan və Rusiya XİN başçıları görüşüblər - FOTO - YENİLƏNİB

Son xəbərlər