Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini bərpa edir
17
iyl
2026
16:50
Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.
Azərbaycanın XİN başçısı vurğulayıb ki, uçuşların bərpası 2024-cü ilin dekabrında Azərbaycan mülki təyyarəsi ilə baş vermiş faciəvi insidentdən sonra məhdudlaşdırılan marşrutlara şamil ediləcək.
Oxşar xəbərlər
Bakıda Vatikan səfirliyinin yaradılmasının vacibliyi vurğulanıb
Azərbaycanda Müqəddəs Taxt-Tacın nunsiaturasının (Vatikan səfirliyinin) yaradılmasının vacibliyini qeyd edilib. BAKU.WS xəbər verir ki, bu barədə Qafqaz Müsəlma...