Azərbaycan və Rusiya "AZAL" təyyarəsinin qəzası ilə bağlı problemlərin həlli üçün praktik addımlar atacaq
Azərbaycan və Rusiya 2024-cü il dekabrın 25-də "AZAL" təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edərkən söhbət zamanı bildirilib.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Qeyd edək ki, təyyarə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Qroznı üzərində vurulub.
Oxşar xəbərlər
Ərdoğan: Cənubi Qafqazda sülhlə bağlı atılan addımlar bütün dünyaya örnək olmalıdır
Türkiyə Cənubi Qafqazda sülhlə bağlı atılan addımların bütün dünyaya örnək olmasını istəyir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti...