Azərbaycan və Qırğızıstan Prezidentləri Bişkekdə mədəni proqramda iştirak ediblər - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 12-də Bişkekdəki “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram təşkil olunub.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər.
Mədəni proqramda qırğız xalqının milli adət və ənənələri geniş nümayiş olundu. Qırğız sənətkarları buradakı xiyabanda Azərbaycanın və Qırğızıstanın dövlət başçılarına əl işlərini, milli xalçalar - “Şırdak”ı təqdim etdilər. Dövlət başçıları milli xalçalar istehsal edilən emalatxanalarla tanış oldular. Burada qırğız xalqının milli mətbəxindən nümunələr də təqdim edildi.
Prezidentlər, həmçinin milli geyim kolleksiyalarından ibarət sərgiyə baxdılar.
Dövlət başçılarına ənənəvi “Salbuurun” ovunun elementləri də nümayiş etdirildi.
*** 14:00
Oktyabrın 12-də Bişkekdəki “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram olub.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı açılıb - FOTO - YENİLƏNİB
Oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub. BAKU.WS xəbər verir ki, parkın açılışında Azərbaycan Respublikasının Prezidenti İ...