Azərbaycan və Qazaxıstan Xəzər dənizində hərbi təlimləri başa çatdırıblar
Azərbaycan və Qazaxıstan Xəzər dənizində "Xəzri – 2025" hərbi təlimlərini başa çatdırıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Məlumata görə, təlimlər dəniz və hava hədəflərinə atəş açmaq, üzən minaları məhv etmək məşqlərini əhatə edib. Bundan başqa, Azərbaycan və Qazaxıstanın hərbi qüvvələri birgə manevr etmək və axtarış-xilasetmə əməliyyatları bacarıqlarını məşq ediblər.
Təlimlər zamanı həmçinin hava hücumundan müdafiənin təşkili həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstanın birgə hərbi təlimləri iyunun 17-də Aktauda başlanıb. Təlimlərin açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov və Qazaxıstan Hərbi Dəniz Qüvvələri baş komandanının birinci müavini – baş qərargah rəisi 1-ci dərəcəli kapitan Kanat Niyazbekov iştirak ediblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Belleni təbrik edib. BAKU.WS xəbər verir ki, t...