Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qazaxıstana rəsmi səfəri davam edir.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası adına Milli Müdafiə Universitetini ziyarət edib.
Universitetlə tanışlıqdan sonra müdafiə naziri universitetin rəisi general-mayor Lut Alçekenovla görüşüb.
Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda xatirə fotosu çəkdirilib.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...