Azərbaycan və Özbəkistan regional təhlükəsizliyi müzakirə edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi cənab Viktor Mahmudov ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri qonağı salamlayıb və onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarının dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığa böyük töhfə verdiyini vurğulayan nazir hərbi əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
V.Mahmudov öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq Azərbaycan və Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulayıb.
Görüşdə regional təhlükəsizliyə dair geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.
Oxşar xəbərlər
Ağ Evdə Ukraynanın taleyi müzakirə olunacaq: Final, yoxsa davam?
Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında planlaşdırılan görüş Bakı vaxtı ilə 21:15-də başlayacaq. Bu barədə m...
