Azərbaycan və Misir Hökumətlərarası Müştərək Komissiyasının iclasının gündəliyi açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Misir Hökumətlərarası Müştərək Komissiyasının 2024-cü ildə keçiriləcək növbəti iclasında ölkələr arasında ticarət və investisiya imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə keçirilən tədbirdə bildirilib.
Onun sözlərinə görə, gündəliyə kənd təsərrüfatı, təhsil, mədəniyyət, enerji və səhiyyə sahələrində əməkdaşlıq məsələləri də daxil ediləcək: "Biz ölkələrimiz arasında İKT və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsini də müzakirə edəcəyik".
"Ötən il iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə Azərbaycan-Misir biznes forumu təşkil olunub. Bu cür təşəbbüslər ölkələrimiz arasında iqtisadi əməkdaşlığı gücləndirir. Bu il iki ölkə arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 10 faiz artıb", - nazir deyib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...