Azərbaycan və İtaliya arasında "Qərargah danışıqları" keçirilib
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İtaliya Respublikasının Baş Qərargahı arasında 2024-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən, Bakıda "Qərargah danışıqları" keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələr arasında güclənən əlaqələrin hərb sahəsinə də müsbət təsirinin olduğu qeyd edilib. Cari dövrdə həm regional, həm də beynəlxalq təhlükəsizliyin önəmindən danışan tərəflər dünyada sülhün təmin olunması üçün birgə çalışmağın əhəmiyyətini vurğulayıblar.
Azərbaycan və İtaliyanın hərb sahəsində qurulan əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Hərbi-texniki, hərbi təhsil sahələri üzrə əməkdaşlıq fəaliyyətləri təhlil olunub.
Görüşün sonunda protokollar imzalanıb.
Qalereya
Oxşar xəbərlər
Hərbi xidmətlə bağlı qanuna dəyişikliklər Ordunun müdafiə qabiliyyətini gücləndirəcək
Azərbaycanda hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi həm strateji zərurət, həm də zamanın tələbidir. "Report"un məlumatı...