Azərbaycan və İran gömrük rəhbərləri sərhəddə görüşdülər
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Astara Gömrük İdarəsi ilə Azərbaycanın Astara Gömrük İdarəsinin rəhbərləri Astara gömrük-sərhəd buraxılış məntəqəsinin sərhəd körpüsündə görüşərək gömrük məsələlərini və ticarət əlaqələrinin asanlaşdırılması yollarını müzakirə ediblər.
BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
İran və Azərbaycan gömrük idarələrinin rəhbərlərinin Biləsuvarda keçirilən görüşündən sonra baş tutan bu görüşdə sərhədin hər iki tərəfində mövcud olan problemlər diqqətə çatdırılıb, ticarət əlaqələrinin asanlaşdırılması üçün icra mexanizmləri və həll yolları barədə fikir mübadiləsi aparılıb.
Yük maşınlarının giriş-çıxışının sadələşdirilməsi istiqamətində zəruri koordinasiyanın təmin edilməsi, ticarət sahəsində yarana biləcək mümkün maneələrin aradan qaldırılması, eləcə də sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması görüşdə müzakirə olunan digər məsələlər sırasında yer alıb.
Oxşar xəbərlər
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Azərbaycanda ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə h...