Azərbaycan və Belarusun hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib
Minsk şəhərində Azərbaycan və Belarusun Müdafiə nazirliklərinin hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsi, antiterror və digər döyüş əməliyyatları zamanı informasiya təminatı və dezinformasiyalara qarşı aparılan mübarizə tədbirlərindən danışıb.
Tərəflər, həmçinin strateji kommunikasiyalar sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "Xatın" memorial kompleksini ziyarət edib, Belarus Silahlı Qüvvələrinin hərbi informasiya agentiliyi "Vayar" və "VoenTV", eləcə də bir sıra mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə tanış olub.
Qalereya
Oxşar xəbərlər
Ermənistanda revanşizm meyilləri və regionda artan siyasi gərginlik MÜZAKİRƏ EDİLDİ
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında Ermənistanda revanşizm meyilləri və regionda artan siyasi gərginlik müzakirə edilib. Verilişdə ABŞ, F...