Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Belarusun xarici işlər naziri Maksim Rıjenkov görüş zamanı iki ölkənin xarici siyasət idarələri arasında qarşılıqlı fəaliyyətin daha da aktivləşdirilməsini müzakirə ediblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) saytında dərc olunan məlumatda bildirilib.
"Həmsöhbətlər ali və yüksək səviyyələrdə Belarus-Azərbaycan dialoqunun yüksək dinamikasını, dövlətlərarası münasibətlərin dostluq və konstruktiv xarakterini, ticari-iqtisadi və humanitar əməkdaşlığın əldə edilmiş nəticələrini müsbət qiymətləndiriblər. Tərəflər iki ölkənin xarici siyasət idarələri arasında qarşılıqlı fəaliyyətin daha da aktivləşdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...