Azərbaycan və Belarus prezidentləri Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət də müzakirə olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İlham Əliyev Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib, bu yaxınlarda baş vermiş məlum hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini çatdırıb.
Aleksandr Lukaşenko ölkəsinin bu vəziyyətin yaxın günlərdə nizamlanacağına ümidvar olduğunu qeyd edib.
Qeyd edək ki, mayın 22-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...