Azərbaycan və Aİ yeni əməkdaşlıq sazişi hazırlayır

Azərbaycan və Aİ yeni əməkdaşlıq sazişi hazırlayır
Siyasət 43

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni mərhələyə keçid edir.

BAKU.WS xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat zamanı bildirib.

Nazir vurğulayıb ki, tərəflər arasında qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan əlaqələrdə müsbət irəliləyiş müşahidə olunur. Onun sözlərinə görə, hazırda Azərbaycan və Aİ arasında yeni sazişin hazırlanması istiqamətində işlər davam etdirilir.

Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan Avropanın 10 dövləti ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Eyni zamanda, Avropa İttifaqının Siyasi Birliyi çərçivəsində keçirilən 12-ci konfransın 2028-ci ildə Azərbaycanda təşkil olunması planlaşdırılır.

Son xəbərlər