Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb

Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb
Siyasət 65

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş olub.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim şəxsi tviter hesabından paylaşım edib.

“Səfir Mikael Hersoqu qonaq kimi qəbul etmək mənim üçün şərəfdir. Azərbaycan İsrail dostluğu regionda sülh, sabitlik və inkişaf üçün töhfədir!” - deyə Azərbaycan səfiri qeyd edib.

Həmçinin bu görüşlə bağlı İsrailin Azərbaycandakı səfiri Corc Dik də paylaşım edib. O, tviterdə yazıb:

“İsrail səfiri Mikael Hersoqu Türkiyə səfiri də daxil olmaqla digər səfirlərlə birgə Vaşinqtonda Azərbaycan səfiri Xəzər İbrahim tərəfindən verilən şam yeməyində görməyimə şad oldum”.

Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb

Son xəbərlər