Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.
BAKU.WS Press TV-yə istinadən xəbər verir ki, görüş Nyu-Yorkda baş tutan BMT Baş Assambleyası çərçivəsində baş tutub.
Görüşdə tərəflər Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.
Öz növbəsində Türkiyə xarici işlər naziri, İrana qarşı tətbiq edilən bütün sanksiyaların ləğv edilməli olduğunu söyləyib.
Mövlud Çavuşoğlu həmçinin iranlı həmkarı ilə Əfqanıstanda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıb.
Tərəflər Əfqanıstandakı böhranlı vəziyyətlə əlaqədar davamlı məsləhətləşmələr aparmağa dair razılıq əldə edib.
Oxşar xəbərlər
Azərbaycan Respublikası və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi - TAM MƏTN
İyunun 15-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Qarabağın ürəyi olan...