Azərbaycan İsveç və Danimarkanı Quranın yandırılmasına qarşı ciddi addımlar atmağa çağırıb
31
iyl
2023
14:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Son həftələr ərzində İsveç və Danimarkada geniş vüsət alan Qurani-Kərimin yandırılması tamamilə qəbuledilməzdir. Biz bunu pisləyirik”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu, müsəlmanların hissləri ilə oynamaqdır: “Odur ki, bu hərəkət söz azadlığı kimi təqdim edilməməlidir. Hesab edirəm ki, sözügedən dövlətlərin hökumətləri bu barədə konkret addımlar atmalıdırlar”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...