Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının 8-ci iclası yaxın vaxtlarda keçiriləcək
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hökumətlərarası birgə komissiyanın növbəti - 8-ci iclası çox yaxın vaxtlarda keçiriləcək.
"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
"Ölkələrimiz arasında əlaqələr həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Biz müxtəlif beynəlxalq platformalarda Azərbaycanın mövqeyini (Qarabağ məsələsi ilə bağlı - red.) daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür edirik", - o bildirib.
Nazir qeyd edib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı liderlərinin səyləri nəticəsində iki ölkə arasında əməkdaşlıq uğurla inkişaf edir.
"Bundan başqa, Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının fəaliyyəti bu əməkdaşlığın bütün sahələrdə, o cümlədən energetika, kənd təsərrüfatı və s. sahələrdə dərinləşməsinə töhfə verir. Komissiyanın növbəti, 8-ci iclası çox yaxın vaxtlarda keçiriləcək", - Şərifov söyləyib.
Oxşar xəbərlər
Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜ
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" "fəaliyyətləri"ni davam etdirirlə...