"Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-29-cu illər üçün Strategiya" təsdiqləndi

Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-29-cu illər üçün Strategiya təsdiqləndi
Siyasət 14

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-29-cu illər üçün Strategiya"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

BAKU.WS President.az-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirəcək.

NK, həmçinin strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planı və bu kimi digər sənədlərin strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirəcək.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Strategiyada nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikasının dövlət büdcəsi layihəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidirlər.

"Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-29-cu illər üçün Strategiya"sı ilə bu linkdən tanış olmaq mümkündür.

Son xəbərlər