Azərbaycan Prezidenti: Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici borcun azaldılması planının yerinə yetirildiyini düşünürəm. Xarici borcumuz ÜDM-in 6,1 faizinə bərabərdir.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın valyuta və qızıl ehtiyatları xarici borcumuzu 18 dəfədən çox üstələyir. "Başqa sözlə, biz xarici öhdəliklərimizi, zənnimcə, bir neçə ay ərzində sıfra endirə bilərik", - deyən Azərbaycan Prezidenti əlavə investisiyalara böyük ehtiyac olduğunu da diqqətə çatdırıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...