Azərbaycan Prezidenti ukraynalı müəllimləri təltif edib - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri təltif ediliblər.
“Dostluq” ordeni ilə
Antonenko Valentina Sergeyevna
“Tərəqqi” medalı ilə
Çumak Alla Mixaylovna
Krılaç Yuliya Anatoliyevna.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...