Azərbaycan Prezidenti İsrailin sabiq xarici işlər nazirini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.
BAKU.WS xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunun önəminə toxunulub, Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışının böyük maraqla qarşılandığı bildirilib.
Vurğulanıb ki, tədbirdə çox sayda mötəbər qonağın iştirak etməsi Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha nümayiş etdirir.
Söhbət zamanı bu Forumun pandemiyadan sonrakı dövrdə beynəlxalq birliyin üzləşdiyi məsələlərin müzakirə edildiyi ilk tədbirlərdən biri olduğu məmnunluqla qeyd edilib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...