Azərbaycan Prezidenti: Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisinin Bakı ofisinə yox, İrəvandakı ofisə tabe olması yolverilməzdir
Yeniliklərdən dərhal xəbərdar olun
Əfsuslar olsun ki, bu günə kimi Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
“Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir”, - deyə dövlət başçısı bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb....