Azərbaycan Prezidenti: Pakistanın vasitəçilik səyləri onun beynəlxalq səviyyədə böyük hörmətə malik olduğunu göstərir
Yeniliklərdən dərhal xəbərdar olun
Mən Pakistanın Baş naziri, əziz dostum Şahbaz Şərifə zəng edərək onu təbrik etdim ki, razılaşma əldə olunub. Bu, Pakistanın göstərdiyi vasitəçilik səylərinin nəticəsində baş verdi. Bu, bir daha göstərir ki, Pakistanın beynəlxalq səviyyədə böyük hörmət var. Pakistan yeganə ölkədir ki, vasitəçilik edə bildi və bu məsuliyyəti öz üzərinizə götürdü.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda ABŞ-İran münaqişəsi ilə bağlı Pakistanın rolundan danışarkən deyib.
Dövlətimizin başçısı son hadisələri və yeni gərginlikləri nəzərə alaraq bu mübarizədə atəşkəsin vacibliyini vurğulayıb və Pakistandan başqa heç bir ölkənin bu missiyanı bu dərəcədə uğurla yerinə yetirə bilməyəcəyini ifadə edib. O, həmçinin Pakistan rəhbərliyinin bu istiqamətdə göstərdiyi geniş səylərin ölkənin beynəlxalq nüfuzunu və bacarıqlarını növbəti dəfə nümayiş etdirdiyini bildirərək, bu cəhdlərin davam etdirilməsi sayəsində Yaxın Şərqə sülhün gələcəyinə əminliyini vurğulayıb.
Oxşar xəbərlər
Kəsəmən - Göyçənin qədim Azərbaycan yurdlarından biri
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Kəsəmən (indiki Arpunk)...