Azərbaycan Prezidenti olimpiya çempionu Zemfira Meftahətdinova ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdə stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova ilə söhbət edib.
İlham Əliyev idmançıdan hazırda stend atıcılığı üzrə ölkədəki vəziyyətlə maraqlanıb.
"Bildiyimə görə, bizdə atıcılıq sahəsində səndən sonra tənəzzül gedir", - Azərbaycan Prezidenti deyib.
"Hazırlaşırıq. Biz hazırlaşırıq və mən ümid edirəm ki, hər şey yaxşı olacaq. İndi biz bütün hər şeyi planlaşdırırıq və düşünürəm ki, hər şey yaxşı olmalıdır", - Z.Meftahətdinova cavab verib.
İ.Əliyevin zarafatla idmançıya verdiyi "Bəs bizdə ikinci Zema olacaq?" sualını Z.Meftahətdinova təbəssümlə: "Gözləyirik", - deyə cavablandırıb.
Oxşar xəbərlər
İlham Əliyev "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib
Müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına orta aylıq dövlət məvacibinin 3...