Azərbaycan Prezidenti: “Ermənistan böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür”
Yeniliklərdən dərhal xəbərdar olun
"İkinci Qarabağ müharibəsi bölgədəki vəziyyəti kökündən dəyişdirib. Bu hadisələr dəyişikliyə ehtiyac yaradıb".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri" adlı videoformatda müzakirələr zamanı çıxışında deyib.
Tədbiri açan dövlət başçısı bu mövzuda müzakirələr təşkil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib: “Cənubi Qafqazda köklü dəyişikliklər baş verib və yeni vəziyyət yeni yanaşmalar tələb edir”.
Azərbaycan Prezidenti bildirib ki, İkinci Qarabağ müharibəsi regionda vəziyyəti kökündən dəyişdirib: "İşğal bitməyənə və ərazilərimiz geri qaytarılmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyimizə dair mövqeyimizi açıq şəkildə bildirmişik. Ermənistan özü də böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür".
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...