Azərbaycan prezidenti Dubay əmirinə başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubay əmiri əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Qardaşınız – Birləşmiş Ərəb Əmirliklərinin maliyyə naziri, Dubay Əmirinin müavini, görkəmli dövlət xadimi Şeyx Həmdan bin Rəşid Al Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 mart 2021-ci il."
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...