Azərbaycan Prezidenti: “Dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azad edilmiş ərazilərdə bizim tarixi binalarımız, o cümlədən məscidlərimiz əsaslı şəkildə bərpa edilir və yenidən inşa olunur”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Ermənilərin işğal dövründə 67 məsciddən 65-ni tamamilə yerlə-yeksan etdiklərini vurğulayan dövlətimizin başçısı deyib: “Onların bərpası, yenidən qurulması faktiki olaraq artıq başlamışdır və təmirə ehtiyacı olan məscidlər də təmir edilir. Onu da bildirməliyəm, bizim dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir”.
Oxşar xəbərlər
İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbayca...