Azərbaycan Prezidenti: Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq
![Azərbaycan Prezidenti: Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq](https://baku.ws/storage/photos/uploads/thumbs/large/Y8cu9Il7Bj9YXsDeAjYRspPQSarKywqRUGiqXhFK.webp)
Biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq.
BAKU.WS xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
Azərbaycanın milli maraqları, həyat tərzini və müstəqil siyasəti qəti şəkildə müdafiə edib çoxlu uğur qazandığını vurğulayan dövlət başçısı deyib:
"Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Somali prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə lanç əsnasında geniş tərki...
![](/images/banners/placeholder_home_right_az.jpg)