Azərbaycan Prezidenti: "Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, onun potensialının möhkəmləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə olunan böyük uğurlar münasibətilə təbrik etmək istərdim".
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında deyib.
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir", - deyən dövlətimizin başçısı bunun Prezident Şavkat Mirziyoyevin xidməti olduğunu vurğulayıb. O deyib: Siz ölkəni inkişaf etdirmək, onun potensialını möhkəmləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün yorulmadan çalışır, əmək sərf edirsiniz".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...