Azərbaycan Prezidenti: "Bizə qarşı boykot kampaniyası keçirənlərə pis xəbərim var"

Azərbaycan Prezidenti: Bizə qarşı boykot kampaniyası keçirənlərə pis xəbərim var
Siyasət 119

"Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib".

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

"Mənim sonuncu mesajım o dairələrədir ki, onlar, demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, "Azərbaycana xoş gəlmisiniz!" - deyə dövlətimizin başçısı bildirib.

Son xəbərlər