Azərbaycan Prezidenti: "Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin nəticələrini tanıyıb"
Yeniliklərdən dərhal xəbərdar olun
"Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin nəticələrini tanıyıb".
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı deyib.
"Biz müharibə apardıq. Bu müharibənin nəticələri beynəlxalq ictimaiyyət və erməni cəmiyyəti tərəfindən tanınıb. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandat oldu. Bu mandat sülhün bərqərar olması üçün idi. Ona görə bizə gələcəyə baxmaq lazımdır", - deyə dövlətimizin başçısı bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda iştirak edib - VİDEO - YENİLƏNİB
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. AZƏRTAC...