Azərbaycan Prezidenti Banqladeşin Baş nazirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev Banqladeşin Baş naziri Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısına dəvət edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Banqladeşdə səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Banqladeş Müvəqqəti hökumətinin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunus tərəfindən qəbul edilib.
Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 3-4 iyul 2025-ci il tarixində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısında xüsusi qonaq qismində dəvət məktubunu Baş müşavirə təqdim edib.
Oxşar xəbərlər
Azovda hücuma məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəyə yola salınıb
Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəyə yola salınıb. BAKU.WS xəbər verir ki, b...