Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda artıq 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır
25
sen
2025
21:04
Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı səsləndirib.
"Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. "Böyük Qayıdış" Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır", - deyə dövlətimizin başçısı bildirib.
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...