Azərbaycan parlamentinin komitə sədri: İnanırıq ki, gürcü xalqı düzgün seçim edəcək
Azərbaycan parlamentinin 8 nəfərlik nümayəndə heyəti Gürcüstanda keçirilən parlament seçkilərini müşahidə edir.
Bu sözləri "Report"un Gürcüstan bürosuna Milli Məclisin deputatı, nümayəndə heyətinin rəhbəri Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, heyət paytaxt Tbilisi ilə yanaşı, Gürcüstanın müxtəlif bölgələrində şəhər və qəsəbələrində olacaq, səsvermənin gedişini izləyəcəklər.
Deputat deyib ki, iki günlük müşahidə zamanı Gürcüstanda istər seçkilərin təşkili, istərsə də təbliğat məsələsində qanun pozuntusu qeydə alınmayıb.
O, Gürcüstanda ilk dəfə proporsional seçki sistemi üzrə keçirilən seçkilərin ölkənin milli maraqlarına müsbət təsir göstərəcəyinə, səsvermənin demokratik, azad və şəffaf keçəcəyini ümidvar olduğunu bildirib.
"İnanırıq ki, gürcü xalqı düzgün seçim edəcək və öz xoşbəxt gələcəyinə səs verəcək" - deyə, A.Nağıyev vurğulayıb.
A.Nağıyev deyib: "Gürcüstan hökuməti və xalqı Avropaya inteqrasiya yolunu tutub. Bu onların seçimidir. Biz bu yolda və seçkilərdə dost və qardaş gürcü xalqına uğurlar arzulayırıq".
Oxşar xəbərlər
Prezident "Lakeside" hotelində aparılan işlərlə və "Xizək klubu" binasının tikintisi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edil...