Azərbaycan-Pakistan "11-ci İşçi Qrupu Səviyyəli Görüşü" keçirilib, protokol imzalanıb
Pakistanın İslamabad şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistanın Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı arasında "11-ci İşçi Qrupu Səviyyəli Görüşü" keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın Silahlı Qüvvələri Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi ilə görüşüb.
Görüşdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyət və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi və daha da dərinləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıblar.
Görüşün yekununda "11-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu" imzalanıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyə Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X"...