Azərbaycan öz ərazilərini işğaldan azad edərək bölgədə yeni reallıq yaradan yeganə ölkədir - RƏY
Azərbaycan xalqı 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını azad edərək bölgədə yeni reallıq yaradıb.
BAKU.WS xəbər verir ki, bu fikirləri report-a açıqlamasıda Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı bu nəticəni Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və prinsipial siyasət sayəsində əldə edib:
"Əslində, həmin dövrdə kənardan bizə ərazilərimizi müharibə yolu ilə
Bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı ədavətinin və ölkəmizə yanaşmada ikili standartlardan çıxış etmələrinin kökündə də məhz bu amil dayanır. Onların davamlı təxribatlarına baxmayaraq, Azərbaycan regionda yeni reallıq yaratdı və bunu bir neçə il ərzində əhəmiyyətli dərəcədə möhkəmləndirdi".
Deputat bildirib ki, Azərbaycan bütün dövlətlərlə əlaqələrin inkişafında maraqlıdır:
"Biz bu gün bütün dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq. Amma digər ölkələr də Azərbaycana münasibətdə obyektiv mövqedən çıxış etməlidirlər. Əgər onlar Azərbaycana qarşı ədalətsiz mövqe tutarlarsa, o zaman bunun kəskin qarşılığı olacaq. Hər hansı ölkənin Azərbaycana yönəlik səmimi münasibəti yoxdursa, ikili standartlara və ədalətsizliyə istinad edilirsə, təbii ki buna sərt cavab verilməlidir. Konkret desək, Azərbaycan haqlı olaraq Fransaya qarşı bu mövqedən çıxış edir".
C.Məmmədov Azərbaycanın region ölkələri ilə yanaşı, digər coğrafiyalarda yerləşən dövlətlərlə də münasibətlərini düzgün formada qurduğunu və inkişaf etdirdiyini vurğulayıb:
"Digər ölkələrlə səmərəli əməkdaşlığa və etimada əsaslanan münasibətlər Azərbaycanı daha da gücləndirir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Avropanın doqquz ölkəsi ilə strateji müttəfiqlik haqqında saziş imzalayıb. Azərbaycan həm region ölkələri, həm də digər coğrafiyalarda yerləşən dövlətlərlə düzgün formada qurduğu münasibətlərini daha da inkişaf etdirməyə çalışır. Bu siyasət Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb".
O, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etdiyini diqqətə çatdırıb:
"Prezident İlham Əliyevin Rusiya televiziyasına müsahibəsində və COP29-dakı çıxışında Qərbə, ABŞ və Avropa İttifaqına, daha sonra isə AZTV-yə müsahibəsində Rusiyaya yönələn prinsipial fikirləri dövlət başçısının Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etdiyini göstərir. Prezident Azərbaycanın Qərb və Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu, lakin özünün milli mənafelərini heç bir halda güzəştə getməyəcəyini bir daha bəyan etdi.
Dövlət başçısının AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Rusiya tərəfinin bu hadisə ilə əlaqədar səsləndirdiyi iddialara kəskin cavabı da xüsusi qeyd olunmalıdır. Azərbaycan Prezidentinin həmin fikirləri dünya mediasında da geniş işıqlandırıldı. Bu mövqe ifadəsi onu göstərir ki, Azərbaycan hər hansı təzyiqə rəğmən, özünün müstəqil siyasətini əzmlə davam etdirəcək".
Oxşar xəbərlər
Sabahdan bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqata başlanılır
Sabah bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanacaq. BAKU.WS xəbər verir ki, Seçki Məcəlləsinin 72.3, 74.1.5, 74.1.7, 75.2-ci...