Azərbaycan Ordusunun şəhid olan hərbçisi Saatlıda dəfn edilib - FOTO
16
yan
2021
14:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində şəhid olan Ələm Hüseynov Saatlıda dəfn edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Saatlı rayonu Azadakənd kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov Ələm Sərvər oğlunun nəşi bu gün Saatlı rayonuna aparılıb. Şəhid doğulduğu Azadakənd kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki,Ə.Hüseynov 2020-ci il oktyabrın 30-da Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Ordusunun şəhid olan əsgəri Qusarda dəfn olunub - FOTO
Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Afiq Həsənov Qusarda dəfn edilib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsində Murov istiqamət...