Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.
Fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub.
Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Oxşar xəbərlər
Ermənilər növbəti dəfə təxribata əl atdılar, ordumuz cavab tədbirləri gördü - RƏSMİ
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-sı saat 04.30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca,...
