Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"İyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", – hərbi qurumun məlumatında diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Ümumi uzunluğu 23.4 km olan Murovdağ tunelində 14 km qazma işləri artıq tamamlanıb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə mal...