Azərbaycan ordusunun 3 generalı ehtiyata göndərildi

Azərbaycan ordusunun 3 generalı ehtiyata göndərildi
Siyasət 316

Azərbaycan ordusunun 3 generalı ehtiyata göndərilib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, onlar - general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyevdir. Onlar yaşa görə ehtiyata buraxılıblar.

Qeyd edək ki, Z.Hüseynov Baş qərargah rəisinin müavini, L.Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi, R.Əliyev isə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirdi.

Son xəbərlər