Azərbaycan Ordusu Laçın yolunun şimalında zəruri nəzarət tədbirləri həyata keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Oxşar xəbərlər
MN: "Ermənistandan Qarabağdakı qeyri-qanuni erməni silahlılarına canlı qüvvə və silah-sursat daşınması intensivləşib"
Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə,...