Azərbaycan MN: Rusiya sülhməramlılarının Xankəndidə təntənəli sıra düzülüşü planlaşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
"10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır".
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
"Hər il olduğu kimi, bu il də ölkəmizdə 9 May – Qələbə günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək. Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq hərbi hissələrdə, ali hərbi məktəblərdə görüşlər təşkil olunacaqdır. Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar", - nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Xankəndiyə daha çox azərbaycanlı köçürülə bilər - ŞƏRH
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Xankəndiyə azərbaycanlıların köçürülməsi məsələsi 2021-ci ilin ən aktual məsələlərindən biri olacaq....