Azərbaycan MN: "Ermənistanın baş qərargahı əməliyyat şəraitindən xəbərsizdir"
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan silahlı qüvvələrinin bölmələri ilə guya İstisu yaşayış məntəqəsi istiqamətində mövqe atışmaları nəticəsində Azərbaycan Ordusunun bölmələrinin itki verərək geri çəkilməsi və mövqe dəyişikliyi barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinə istinadən yayılan məlumat yalandır.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Oktyabrın 24-dən bu günədək əməliyyat şəraitində heç bir dəyişiklik olmadığı halda qarşı tərəfin silahlı qüvvələrinin baş qərargah rəisinin belə bir açıqlama verməsi onun əməliyyat şəraitindən xəbərsiz olduğunu nümayiş etdirir.
Bildiririk ki, əməliyyat şəraitində heç bir dəyişiklik olmayıb və bölmələrimiz əvvəlki mövqelərində döyüş növbətçiliyini davam etdirir", - məlumatda deyilir.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...