Azərbaycan məhkəməsi Ermənistanın Qarabağda döyüşlərə cəlb etdiyi xarici vətəndaş barəsində həbs qərarı verib

Azərbaycan məhkəməsi Ermənistanın Qarabağda döyüşlərə cəlb etdiyi xarici vətəndaş barəsində həbs qərarı verib
Siyasət 154

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş daha bir şəxs barəsində cinayət işi başlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviçə Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə E. Dubakov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat baxılıb.

Məhkəmə istintaq orqanın təqdimatını təmin edərək, E. Dubakov barəsində həbs qətimkan tədbiri seçib.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24060 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər