Azərbaycan lideri İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin göstərdiyi dəstəkdən danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz torpaq bütövlüyünü bərpa etmişdir".
BAKU.WS xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.
"Türkiyə, onun cümhurbaşkanı, qardaş türk xalqı daim bizim yanımızda idi. İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrə qədər əziz qardaşım, cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları birmənalı Azərbaycanı dəstəkləmişdir. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu bizə əlavə güc verdi, əlavə ruh verdi", - deyə dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak ediblər - VİDEO - YENİLƏNİB-3
Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aer...