Azərbaycan-İran münasibətlərindəki artan pozitiv dinamika

İranda Azərbaycan səfirliyinə qarşı terror törətmiş cinayətkarla bağlı məhkəmə qərarının icra edilməsi Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin ədalətin bərpa olunması üçün nümayiş etdirdiyi qəti və prinsipial mövqeyin nəticəsidir.
Terror hadisəsi baş varəndən dərhal sonra Prezident İlham Əliyev səfirliyin fəaliyyətinin dayandırılması, diplomatlarımızın geri çağırılması ilə bağlı tapşırıq verdi. Məsələ ilə əlaqədar Azərbaycanın prinsipial mövqeyini açıqladı.
Qərarın icrası bir daha Azərbaycan dövlətinin öz vətəndaşının yanında olduğunu, harda olmasından asılı olmayaraq, onun arxasında durduğunu aydın nümayiş eydirdi.
Bu, Azərbaycan dövlətinin, onun rəhbərinin qətiyyətini, prinsipiallığını bir daha göstərdi.
İstər 30 illik işğala son qoyulması ilə bağlı, istərsə də digər məsələlərdə insanlarımızın qanı yerdə qalmadı, qisasları alındı. Azərbaycan dövləti öz haqlı mövqeyini ortaya qoydu və ədalətin təntənəsinə nail oldu.
Azərbaycan-İran münasibətlərində müşahidə olunan istiləşmə, xüsusilə prezident Pezeşkianın səfərindən sonra artan pozitiv dinamika öz bəhrəsini verir. Ümid etmək olar ki, bu dinamika qorunub saxlanacaq.
Oxşar xəbərlər
Paşinyan İranın müdafiə naziri ilə regional təhlükəsizliyi müzakirə edib
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində rəsmi səfərdə olan İranın Müdafiə və Silahlı Qüvvələrin dəstəyi naziri, briqada generalı Əziz Nəsirzadənin başç...
