Azərbaycan HHM bölmələri hazırlıq məşqlərinə başlayıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.
Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.
Qalereya
Oxşar xəbərlər
Polkovnikdən Ermənistanın silahlanmada üstünlüyə malik olması barədə bəyanatına münasibət
Son zamanlar mediada Ermənistanın Rusiyadan aldığı ikiyerli çoxməqsədli Su-30SM qırıcı təyyarəsi və “Tor-M2KM” zenit-raket kompleksləri hesabına guya öz ordusun...