Azərbaycan heyətinin MDB tədbirində iştirak etməməsinin səbəbini AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycandan olan heyətin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində deyib:
"Orada iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların bu məsələyə təsiri də istisna deyil", - o əlavə edib.
Səfərin baş tutmamasının 2024-cü ilin dekabr ayında AZAL təyyarəsinin vurulması ilə əlaqəli olub-olmamasına gəldikdə isə H.Hacıyev vurğulayıb ki, Azərbaycan bu məsələləri bir-birinə bağlamır:
"Tədbir MDB çərçivəsində olan tədbirdir. Rusiya-Azərbaycan arasında olan məsələlərin isə buna aidiyyəti yoxdur".
Oxşar xəbərlər
Ankarada Azərbaycanın Zəfər günü qeyd olunub
Türkiyənin paytaxtı Ankarada Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin altıncı ildönümü qeyd olunub. BAKU.WS "Report"a istinadən xəbər verir...